“Liverpul”un keçmiş müdafiəçisini bıçaqlayıb qarət etdilər

02:30 01-07-2020 23

“Liverpul” futbol klubunun keçmiş müdafiəçisi Andre Uizdom hücuma məruz qalıb.

Bu barədə “Sky Sports” məlumat yayıb.

Qarətçi “Derbi Kaunti”nin müdafiəçisinə avtomobilindən enərkən yaxınlaşıb və ona bıçaq zərbəsi endirib. Bundan sonra dəyərli əşyaları götürərək hadisə yerindən uzaqlaşıb.

A.Uizdom operativ şəkildə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti stabildir.

Xatırladaq ki, britaniyalı futbolçu 2008-2017-ci illərdə “Liverpul”un şərəfini qoruyub.