Yaqut Qarayeva: “SMS icazəyə limit qoyulması müzakirə olunacaq”

19:45 30-06-2020 13

“SMS icazəyə limit qoyulması ilə bağlı qərar operativ qərargah tərəfindən, yəqin ki, müzakirə olunacaq”.

milletinsesi.info xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:

“Bu barədə qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul edilib. Yəqin ki, bu istiqamətdə də müzakirələr olacaq. Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. 

Bizim məqsədimiz yoluxma zəncirinin qırılmasıdır. Ona görə də, bu tədbirlər görülür”.

Könül Cəfərli