Yaqut Qarayeva: “Digər xəstələrin müalicəsində problem yarana bilər”

19:40 30-06-2020 15

“Qeyri-koronavirus xəstələrinə, xroniki problemləri olanlara tibbi xidmət göstərilməsi üçün yoluxma sayının azalmasına çalışmalıyıq”.

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 

Onun sözlərinə görə, yoluxma halları artdıqca qeyri-koronavirus xəstəlikləri olan vətəndaşlar tibbi xidmət almaqda çətinlik yaşaya bilər:

“Yoluxma sayının artması tibbi xidmətin bütün qüvvələrinin pandemiya xəstəxanalarına yönəldilməsinə səbəb olur. Bu səbəbdən də, digər xəstələrin müalicəsində problem yarana bilər”.

Könül Cəfərli