Hikmət Hacıyev: “Karantini pozmaqla fəxr edirlər”

19:35 30-06-2020 12

“İnsanlar karantin qaydalarını pozmağı özünə fəxr bilir”. 

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, bu davranışlara yol verən vətəndaşlar həm özlərini, həm də digər insanları risk qarşısında qoyur:

“Bu məsuliyyətsizlik fəxr hesab edilə bilməz. Bununla vətəndaş dövləti, sizi, bizi yox, özünü aldadır. İnanmayan şəxslər varsa, vətəndaşlar ictimai qınaq formalaşdırmalıdır. Biz birlikdə güclüyük”.

Könül Cəfərli