Səhiyyə Nazirliyindən poliklinikalarla bağlı MÜHÜM AÇIQLAMA

19:15 30-06-2020 14

“Koronavirus simptomunu özündə hiss edən şəxslər qətiyyən poliklinikalara getməməlidir”. 

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. 

Onun sözlərinə görə, vətəndaşlar ərazi üzrə poliklinikalara getməklə yoluxmanı artıra bilərlər:

“Koronavirus yüksək sürətlə yayıla bilən infeksiyadır. Koronavirus simptomu olan şəxs poliklinikaya getdiyi təqdirdə onu dərhal pandemiya əleyhinə xəstəxanaya yönləndirəcəklər. Orada ondan test götürüləcək. Daha sonra test cavabları bəlli olana qədər onunla bağlı zəruri izolyasiya tədbirləri görüləcək. 

Koronavirus testinin cavabı pozitiv olarsa, həmin şəxs aidiyyəti üzrə pandemiya xəstəxanalarından birinə yerləşdiriləcək və müalicəsinə başlanılacaq”.

Könül Cəfərli