Koronavirusa yoluxma sayı stabilləşib - RƏSMİ

19:10 30-06-2020 10

“Karantin rejimi öz nəticəsini verir”.

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, yoluxma sayı nisbətən stabilləşib:

“Bu gün qapanma sayəsində yoluxma sayı stabildir. Bu nəticələr ikiqat arta da bilərdi. Amma bu gün onu görmürük. Bu da bizim xəstələri müalicə etməyimizə imkan verir”.

Könül Cəfərli