Çarter reyslərində kimlərə üstünlük veriləcəyi açıqlandı

18:30 30-06-2020 10

“Xaricdə olan vətəndaşlarımızdan çoxsaylı müraciət daxil olur. Onların böyük əksəriyyəti tələbələrdir”.

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, Bakı-İstanbul-Bakı reyslərində tələbələrə üstünlük verilir və onlara 30 faiz endirim olur:

“Xaricdə olan və Vətənə qayıtmaq üçün növbə gözləyən vətəndaşlarımıza göstərdikləri anlayışa görə təşəkkür edirik. Dövlət hər bir vətəndaşına qayğı ilə yanaşır və əlindən gələni edir”.

Könül Cəfərli