Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi - RƏSMİ

18:10 30-06-2020 9

“Azərbaycanda bu gün 556 yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb”.

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Ümumilikdə bu günə qədər koronavirusa yoluxanların sayı 17524 nəfərə çatıb.

Könül Cəfərli