Sumqayıtda yataqxanada yanğın: Zəhərlənən var - FOTO

17:35 30-06-2020 22

Sumqayıt şəhərində yanğın olub. 

Baku TV xəbər verir ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 8 saylı yataqxananın dördüncü mərtəbəsindəki mənzildə qeydə alınıb. 

Yanğın nəticəsində mənzil 20 kv/m sahədə yanıb, orada olan əşyalar yararsız hala düşüb. Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. 

Hadisə zamanı həmin evdə yaşayan 2000-ci il təvəllüdlü Soltanov Soltan Rasim oğlu tüstüdən zəhərlənib.

Ona təcili tibbi yardım əməkdaşları tərəfindən yardım göstərilib.

Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.