Bakının yarım əsrdən çox təmir olunmayan küçəsi - VİDEO

17:10 30-06-2020 32

Sabunçu rayonunun eyni adlı qəsəbəsinin Hüseynqulu Sarabski küçəsində heç vaxt asfalt örtüyü olmayıb. 

Bir müddət əvvəl əraziyə kanalizasiya xətti çəkilib, bundan sonra onsuz da bərbad vəziyyətdə olan yol daha da pis hala düşüb. 

Sakinlər bildirir ki, yolların bu formada olması səbəbindən taksi və təcili yardım xidməti də bu əraziyə gəlməkdə çətinlik çəkir. 

Ətraflı Baku TV-nin reportajında: