30 yaşlı Bakı sakini özünü çilçıraqdan asdı

16:45 30-06-2020 10

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

İyunun 29-da, saat 18:30 radələrində 1990-cı il təvəllüdlü Orxan Cəlilov rayonun İlqar İsmayılov küçəsində yerləşən 12№-li evində ölü vəziyyətdə tapılıb. O, özünü çilçıraqdan asıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (ölüm həddinə çatdırma) ilə cinayət işi başlanıb.

İntiharın səbəbi aydınlaşdırılır.

Ramella İbrahimxəlilova