Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, bir nəfər ölüb

15:55 30-06-2020 10

Azərbaycanda yeni növ koronavirusa yoluxan jurnalistlərin sayı açıqlınıb. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli məlumat verib. 

O bildirib ki, koronavirusun yayıldığı ilk dörd ay ərzində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan olmayıb:

“İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə hyatını itirib”.