Maduro Aİ-nin nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi

15:40 30-06-2020 12

Venesuela rəhbərliyi Avropa İttifaqının nümayəndəsinin ölkədən çıxarılmasına qərar verib.

Bu barədə TASS məlumat yayıb.

Sözügedən qərar Aİ-nin 11 venesuelalı məmur və parlamentarini sanksiya siyahısına salmasından sonra qəbul olunub.

“Mən Aİ-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verməyi qərara aldım”, - deyə ölkə başçısı N.Maduro bildirib.

N.Maduro Avropa kolonializminə və Venesuealaya qarşı təqiblərə son qoymağa çağırıb.