Azərbaycanda daha bir çay ekoloji fəlakət qarşısında - VİDEO

15:35 30-06-2020 13

Qobustanın Poladlı kəndində kanalizasiya sularının toplandığı ərazinin bəndi uçub, Pirsaat çayı çirkabla dolub. 

Baku TV xəbər verir ki, bir neçə il öncə şəhərin su-kanalizasiya sistemi yenilənən zaman çirkab sularının axıdılması üçün boş sahə seçilib.

Həmin əraziyə iki nöqtədə qurulan qabaqlayıcı bənddən biri uçub. Nəticədə, hektarlarla sahə və Pirsaat çayı çirkab sularına qərq olub.

Kənd sakinlərinin müraciəti əsasında sudan nümunə götürülüb və suyun texniki göstəricilərinin aşağı olduğu üzə çıxıb.

Ətraflı süjeti təqdim edirik: