Tramp Merkeli “axmaq”, Meyi “səfeh” adlandırdı

15:35 30-06-2020 28

ABŞ Prezidenti Donald Tramp gizli telefon danışıqları zamanı Angela Merkeli Rusiyanın təsirində olduğu üçün “axmaq”, “Breksit”ə münasibətdə xaraktersizlik nümayiş etdirdiyi üçün isə Tereza Meyi “səfeh” adlandırıb.

Bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ prezidenti telefon danışıqları zamanı digər Qərb liderlərini, xüsusən Fransa Prezidenti Emmanuel Makronu, həmçinin, Kanada və Avstraliyanın baş nazirləri Castin Trüdo və Skott Morrisonu “müntəzəm olaraq lağa qoyur və alçaldır”.