Arda Turan ikinci dəfə ata oldu - FOTO

15:15 30-06-2020 17

Türkiyənin məşhur futbolçusu Arda Turan ikinci dəfə ata olub.

milletinsesi.info xəbər verir ki, bu barədə futbolçu “Instagram” hesabının hekayə bölməsində paylaşım edib.

Onlar yeni doğulan ikinci oğullarına Asil Aslan Turan adı qoyublar.

Xoş xəbəri mediaya bəyan edən Arda və Aslıhan Turan cütlüyü koronavirus pandemiyasına görə yaxınlarından uşağı görməyə gəlməmələrini xahiş ediblər.

Xatırladaq ki, cütlük 2018-ci ildə ailə qurub, onların keçən il Həmzə Turan adlı oğulları dünyaya gəlib.