Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır? - VİDEO

14:20 30-06-2020 11

Şamaxının Göylər kəndinin sakinləri neçə gündür təlaş içərisindədir. Yaşayış məntəqəsinin giriş hissəsinə naməlum şəxs və ya şəxslər tərəfindən atılan tullantılar insanların kabusuna çevrilib.

Məsələ burasındadır ki, son bir neçə gündə əraziyə haradan gəldiyi məlum olmayan tibbi tullantılar atılır. Virusla mübarizə apardığımız bir dövrdə bu cür tullantıların, özü də 10 min nəfər sakini olan kəndin ətrafına atılması təhlükəli vəziyyət yaradıb. İstifadəyə yararlı yataq əşyaların atılması tullantıların karantin xəstəxanalarından gətirilməsi iddialarını daha da gücləndirir.

“ARB Şəki” məsələni araşdırmaq üçün sözügedən ünvana gedib və ətraflı sujet hazırlayıb.