Baş həkim: “Hansısa xəstənin müalicə və müayinəsində qaranlıq məqam qala bilməz”

12:50 30-06-2020 20

“Xəstəxana açılandan bu günə qədər 74 min 250 xəstə müraciət edib, beş mindən çox əməliyyat olub, 10 ölüm faktı qeydə alınıb”. 

milletinsesi.info-ın xəbərinə görə, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib. 

O bildirib ki, xəstəxananın həkim personalı kifayət qədər ciddi və peşəkar kadrlardan təşkil olunub:

“Aparılan beş min əməliyyatın 85 faizini ağır onkoloji cərrahiyyələr təşkil edir. Bu gün respublikada kifayət qədər klinikalar, peşəkar həkimlər var.

Amma bizim kadrların böyük əksəriyyəti xarici ölkələrdə təhsil almış və oradan xəstəxananın rəsmi müraciəti ilə dəvət olunmuş ixtisas sahibləridir. Ola bilməz ki, burada hansısa xəstənin müalicə və müayinəsində qaranlıq məqam qalsın”.

Könül Cəfərli