Mikayıl Cabbarov: “Qeyri-neft sektoru üzrə daxilolmalarda 15 faizdən çox artım müşahidə olunub”

11:40 30-06-2020 16

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində tətbiq edilən risklərin qiymətləndirilməsi sistemi ilə bağlı yoxlamaların sayını azaltmışıq”.

milletinsesi.info-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, yanvar-aprel dövriyyələrində dörd faizlik artım müşahidə olunub:

“2020-ci ilin yanvar-may aylarını ötən illə müqayisə etsək, cəmi daxilolmalarda 12 faizdən çox artım olub. Qeyri-neft sektoru üzrə daxilolmalarda 15 faizdən çox artım müşahidə edilib”.

İlhamə Əbülfət