Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalaraq öldü

11:40 30-06-2020 9

Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus “QAZel” markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.