İcra Hakimiyyətindən şəhid bulağına qarşı laqeyd münasibət - FOTO/VİDEO

10:05 30-06-2020 10

Sumqayıtda baxımsız vəziyyətdə olan şəhid bulağı barədə məlumat vermişdik. Bir həftə keçməsinə baxmayaraq, vəziyyət, demək olar ki, dəyişməyib.

milletinsesi.info xəbər verir ki, sakinlər məsələyə laqeyd, məsuliyyətsiz yanaşılmasından narazıdırlar.

Onların sözlərinə görə, şəhərin Nəriman Nərimanov küçəsi, 20/47A ünvanında yerləşən şəhid bulağının sökülən kərpic hissəsinə üzlük çəkilib:

“Bir neçə nəfər əraziyə gəlib, baxıb. Görülən iş isə göz qabağındadır. Ayın 24-dən bu günə qədər başqa heç bir iş görülməyib. Təəssüf ki, çox laqeyd yanaşılır”.

Xatırladaq ki, Sumqayıtda şəhid Ələsgər Cəmil oğlu Mustafayevin xatirəsinə quraşdırılan şəhid bulağı baxımsız vəziyyətdədir. Uzun müddətdir bulağın suyu kəsilib, özü isə uçuq-sökük hala düşüb. Şəhidin adını daşıyan bulağa olan münasibət vətəndaşların etirazına səbəb olur.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli