TƏBİB Azərbaycanda koronavirusla bağlı bu günə olan statistikanı açıqladı

23:40 29-06-2020 18

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda son 24 saatda koronavirusla bağlı statistik göstəriciləri açıqlayıb. 

Məlumata görə, bu gün ölkə üzrə daha 6 558 koronavirus testi edilib. Bununla da indiyədək ölkədə edilən test sayı 475 525-ə çatıb. 

Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 393  nəfərdir. Onlardan 213 nəfər reanimasiyada, 36 nəfər süni tənəffüs cihazındadır.