Ceyranbatan su anbarı yaxınlığında yanğın başlayıb

13:25 29-06-2020 10

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.