Məşhur türkiyəli aktrisa iş adamı ilə ailə qurdu - FOTO

12:55 29-06-2020 23

“Huzur sokağı” serialının tanınmış aktyoru Selin Demiratar bir müddətdir sevgili olduğu iş adamı Ali Çebi ilə ailə həyatı qurub.

“Sondakika” xəbər verir ki, özündən 10 yaş böyük şəxslə ailə quran aktrisanın nikah mərasimində koronavirus pandemiyası səbəbindən az sayda qonaq iştirak edib.

Qeyd edək ki, 37 yaşlı aktrisa uzun müddətdir, biznesmen Ali Çebi ilə əlaqələrini mətbuatdan gizlətməyə çalışırdı.