Bakıda sürücü təmir etməyə çalışdığı avtobusun altında qalıb öldü

11:55 29-06-2020 97

Dünən Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.     

Belə ki, 1979-cu il təvəllüdlü Şabran rayon sakini Taleh Əliyev “İkarus” markalı avtobusunun təmiri zamanı domkrat yerinə daşdan istifadə edib və bədbəxt təsadüf nəticəsində nəqliyyat vasitəsi onu əzib.

T.Əliyev aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova