ABŞ-da kosmos qoxulu ətirlər hazırlanacaq

11:35 29-06-2020 9

ABŞ-da kosmos qoxulu ətir yaradılacaq.

Bu barədə CNN məlumat yayıb.

Layihə “Eau de Space” adlandırılıb və rəhbəri amerikalı biznesmen Met Riçmonddur. Ətirlərin yaradılması üçün zəruri vəsaitin toplanması “Kickstarter” kraudfandinq platformasında aparılır.

Ətir hazırlanarkən parfümerlər astronavtların fikirlərinə (rom, qızardılmış ət, moruq və barıt iylərinin qarışığı) əsaslanacaqlar.