Keti Perri nə üçün intihara cəhd etdiyini açıqladı

11:10 29-06-2020 36

Amerikalı müğənni və aktrisa Keti Perri 2017-ci ildə intihar etmək istədiyini açıqlayıb.

“The Sun” xəbər verir ki, bu hadisə aktrisa britaniyalı aktyor Orlando Blum ilə ayrıldığı zaman baş verib.

Eyni zamanda, o, “Witness” albomunun uğursuzluğuna da məyus olub. Müğənninin sözlərinə görə, bu, musiqi karyerasında onun ilk uğursuzluğu olub:

“Bunun üçün çox şey verdim və bu, məni məhv etdi”.

İfaçı əlavə etdi ki, Allaha inamı onun sağalmasına kömək edib.

2017-ci ildə ayrılan Keti Perri-Orlando Blum cütlüyü 2018-ci ilin fevralında barışıb. 2019-cu ilin fevralda isə cütlük nişanlandığını elan edib.