Lukaşenko: “Rusiyanın bir müttəfiqi qalıb: Belarus”

11:05 29-06-2020 10

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, mövcud geosiyasi vəziyyətdə Minsk Moskva üçün yeganə müttəfiqdir.

Lenta.ru xəbər verir ki, A.Lukaşenko bu barədə Minsk rayonunun nümayəndələri ilə görüşündə deyib.

“Rusiyanın bir müttəfiqi qalıb, bu da Belarusdur”, - deyə A.Lukaşenko vurğulayıb.

Belarus prezidenti əlavə edib ki, ölkəsi Almaniyadan sonra Rusiyanın ikinci böyük qaz alıcısıdır.