Çində leysan yağışları onlarla insanın ölümünə səbəb oldu

09:40 29-06-2020 13

Çinin Sıçuan əyalətində güclü leysan yağışları 12 nəfərin həyatına son qoyub.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, leysan nəticəsində daha 10 sakin itkin düşmüş hesab olunur.

Təbii fəlakətlə əlaqədar 7 700-dən çox insan təxliyyə edilib.

Rəsmi məlumatlara əsasən, 9 800 nəfər yüksək risk zonasında qalmaqdadır.

Leysan yağışları əyalətdə nəqliyyat əlaqəsinin pozulmasına gətirib çıxarıb, kənd təsərrüfatına zərər vurub.