Həkim: “İsti hava üç xəstəlikdən əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir”

09:40 29-06-2020 10

Rusiyalı həkim-angionevroloq Yevgeni Şirokovun sözlərinə görə, isti hava hipertoniya, ürək çatışmazlığı və ateroskleroz xəstələri üçün xüsusilə təhlükəli hesab olunur.

RBC xəbər verir ki, mütəxəssisin fikrincə, qızmar günəş altında orqanizm çoxlu maye itirir və bunun yeri dərhal doldurulmalıdır.

Nəticədə, həmin vəziyyət ürəyin yüklənməsinə gətirib çıxarır.

“Ayaqlarda ödem yaranır, təngnəfəslik müşahidə olunur, arterial təzyiq artır. Bundan başqa, maye itkisi qanın qatılaşmasına səbəb olur”, - deyə həkim xəbərdarlıq edir.

İsti hava ağciyərlərin xroniki xəstəliklərindən əziyyət çəkənlər üçün də təhlükəlidir. Buna səbəb tənəffüs hərəkətlərinin artması və ağciyərlərin təzyiqlə üzləşməsidir.