Qəhvənin gözlənilməz təhlükəsi aşkarlandı

09:10 29-06-2020 9

Britaniyalı alimlərin bildirdiyinə görə, mütəmadi olaraq qəhvədən istifadə artıq çəki problemi yarada bilər.

“Aktualnıye novosti” nəşri xəbər verir ki, buna səbəb kimi sözügedən içkinin orqanizmdə kortizolun səviyyəsini artırması göstərilir.

Kortizol stres hormonu hesab olunur və normadan artıq olduqda kökəlməyə gətirib çıxarır. Bundan əlavə, o, insanlarda təşviş hissi yaradır.

Alimlər əlavə edirlər ki, qəhvə çox içildikdə tənəffüs və ürək-damar sistemlərinə mənfi təsir göstərir.