Bakıda avtomobil doqquz yaşlı uşağı vurdu

00:50 29-06-2020 20

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Valideyni ilə yolu keçən 2011-ci il təvəllüdlü Abbasov Cavanşir Abbas oğlu qəfil anasından ayrılaraq avtomobillərin hərəkət etdiyi istiqamətə qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı, 90-ZP-681 dövlət seriya nişanlı avtomobil doqquz yaşlı uşağı vurub. Müxtəlif bədən xəsarətləri alan C.Abbasov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.