Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 41 nəfər yaralanıb

21:20 28-06-2020 17

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Sabah” xəbər verir ki, Van əyalətində qeyri-qanuni miqrantları daşıyan mikroavtobus qəzaya düşüb.

Qəza nəticəsində bir nəfər ölüb, 41 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb. O da bildirilir ki, qeyri-qanuni miqrantların daşınmasını təşkil edən şəxslər də artıq polislər tərəfindən saxlanılıb.