İngiltərə futbol klubu karantin qaydalarını pozan oyunçuları komandadan uzaqlaşdırdı

21:05 28-06-2020 28

İngiltərənin "Uotford" futbol klubu karantin qaydalarını pozduqlarına görə komandanın üç oyunçusunu heyətdən uzaqlaşdırıb.

Bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.

Məlumatda bildirilir ki, baş məşqçi Nayjel Pirson futbolçular Andre Qrey, Nataniel Çaloba və Dominquş Kini heyətdən müvəqqəti kənarlaşdırılıb.

Futbolçular karantin qaydalarının pozulduğu partidə iştirak etdikləri üçün bu cəzanı alıblar.