Keçmiş tarix müəllimi yenidən ölkəsinin prezidenti oldu

20:35 28-06-2020 18

İslandiyada prezident seçkilərinin nəticəsi məlum olub.

“RİA Novosti” xəbər verir ki, nəticələrə görə, hazırkı prezident Qudni Yohannesson 92,2 faizlə qalib gəlib. 

İxtisasca tarixçi olan Yohanesson 2016-cı ilə qədər (prezident seçilənə kimi) İslandiya universitetində müəllim kimi çalışıb.