BNA-nın mətbuat katibi ailəsi ilə birlikdə koronavirusa yoluxub - VİDEO

18:55 28-06-2020 18

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev ailə üzvləri ilə birgə yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Bu barədə məlumatı M.Ağayev özü sosial media hesabında video paylaşaraq bildirib. 

O deyib ki, bir neçə gün davam edən hərarət, halsızlıq simptomları ilə əlaqədar təcili tibbi yardıma müraciət edib. Özü, həyat yoldaşı və oğlundan götürülən koronavirus analizinin nəticələri müsbət çıxıb.

M.Ağayev koronavirusa qalib gələcəklərinə inandığını bildirib. Onu dinləyən vətəndaşlara məsuliyyətli olmağı, sosial məsafə gözləməyi və maskadan istifadə etməyi tövsiyə edib. 

Ağayevin müraciətini təqdim edirik: