Keçmiş “Fənərbaxça”lı futbolçu koronavirusa yoluxdu

17:50 28-06-2020 29

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Jozef de Souza koronavirusa yoluxub.

milletinsesi.info xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Hazırda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”də forma geyinən 31 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.

De Souza 2015-2018-ci illər aralığında “Fənərbaxça”da forma geyinib.