Qazaxda iki həmkəndlinin davası birinin ölümü ilə başa çatdı

17:10 28-06-2020 94

Qazaxda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosnun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Fərux hələlik şəxsiyyəti məlum olmayan həmyerlisini aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb.

Sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.