BMT-nin 75 illiyi ilə əlaqədar qlobal sorğu keçirilir: Azərbaycanlılar da iştirak edə bilər

14:15 28-06-2020 34

BMT-nin 75 illiyi ilə əlaqədar qlobal sorğu aparılır.

Bu barədə milletinsesi.info-a Təşkilatın informasiya mərkəzindən məlumat verilib.

Bildirilib ki, bir dəqiqə davam edən sorğunun iştirakçıları qlobal problemlər və onların çözüm yollarına dair fikirlərini bildirə, eləcə də BMT-nin baş katibinə konkret təkliflər verə bilərlər.

Sorğunun nəticələri sentyabrın 21-də Nyu-Yorkda keçiriləcək sammitdə dünya liderlərinə təqdim olunacaq.

Bundan başqa, nəticələr “Vision 2045” qlobal sənədin qayəsini təşkil edəcək.

Bu səbəbdən sorğuda Azərbaycandan imkan daxilində çox iştirakçının cəlb olunmağı qarşıya məqsəd qoyulub.

Bu, vətəndaşlarımızı narahat edən problemlərin həmin sənədlərdə öz əksini tapması ehtimalını artıracaq.

Sorğuda iştirak etmək üçün bu keçiddən istifadə edə  bilərsiniz.