Gürcüstanda koronavirusa yoluxanların sayı 924 nəfərə çatdı

10:50 28-06-2020 18

Gürcüstanda son sutka ərzində koronavirusa (COVID-19) üç yoluxma halı qeydə alınıb. 

Bu barədə milletinsesi.info-ın  statistikasında məlumat verilib.

Son faktla birlikdə qonşu ölkədə koronavirusa ümumi yoluxanların sayı 924 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2819 nəfər karantində saxlanılır, 230 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 785 nəfərin sağaldığı bildirilir.