Cənubi Koreyada son sutkada cəmi 62 nəfərdə koronavirus aşkarlanıb

09:35 28-06-2020 17

Son 24 saat ərzində Cənubi Koreyada koronavirusa yoluxanların sayı açıqlanıb.

“RİA Novosti” xəbər verir ki, sutka ərzində bu ölkədə infeksiyasından ölüm halı qeydə alınmayıb.

COVID-19 üçün götürülən analiz nümunələrinin isə 62-si müsbət çıxıb.

Bununla da ölkədə ümumilikdə 12 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 364 nəfər müalicə olunaraq sağalıb.