Hollivudda COVID-19-la mübarizə aparan həkimlər barədə film çəkiləcək

06:00 28-06-2020 17

Hollivudda koronavirus pandemiyasına həsr edilən film çəkiləcək.

“Wall Street Journal” xəbər verir ki, filmin sujet xətti Çində koronavirusun yayılmasının ilk həftəsi və ölümcül virusla mübarizə aparan həkimlərin işinə həsr olunacaq.

“Biz virusun yarasalar vasitəsilə Uhanda yayılmasının əsl səbəbini hələ uzun müddət bilməyəcəyik. Film isə pandemiya barədə trillerdən daha çox, tibbi dram olacaq”, - deyə filmin ssenaristi Çarlz Rendolf bildirib.

Filmin çəkilişi ilə “SK Global Entertainment” şirkəti məşğul olacaq.