Sabirabadda iki yük maşını toqquşub, xəsarət alanlar var

05:25 28-06-2020 29

Sabirabadda yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“QAZel” markalı avtomobil qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə avtomobildə olan Neftçala rayonunun Boyat kənd sakinləri, 1972-ci il təvəllüdlü Tarverdiyev Xanəhməd İntiqam oğlu və 1968-ci il təvəllüdlü Əhədova Ağgül Xanbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.