PARADOKS

AKTUAL

"Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı hakim səhvindən yazır

14-10-2019, 19:40
  •     
  • İdman |
  •  Oxunma: 53

"Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı hakim səhvindən yazır Macarıstan - Azərbaycan oyununun baş hakimi Denis Hiqlerin millimizin vurduğu təmiz qolu saymaması Avropa mətbuatının da gündəmini zəbt edib.

Macarıstan, Xorvatiya və Niderland saytları dünənki kobud səhv haqda yazıblar.

Onlardan bəzilərinin sərlövhələrini təqdim edirik:

"Vecernji.hr" (Xorvatiya): "Hakimin faciəvi səhvi olmasaydı, artıq final mərhələsində idik".

"Ffcupdate.nl" (Niderland): "Hiqler Azərbaycan millisini "dəfn etdi": "İnanılmaz səhv".

"İndex.hu" (Macarıstan): "Hakimə və UEFA prezidentinə təşəkkür edirik"

"Goal.com/nl" (Niderland): "Hiqler qəzəb və inamsızlığa səbəb oldu".

"Rangado.24.hu" (Macarıstan): "VAR sistemi olsaydı, indi Macarıstanın qələbəsindən yox, xal itkisindən danışırdıq".

Qeyd edək ki, görüşün 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadənin vurduğu təmiz qolu qeydə almayan Hiqler, millimizi 1 xaldan edib. (Sportinfo.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI