PARADOKS

AKTUAL

Qarabağ”ın oyunlarının vaxtı dəyişdi

29-10-2018, 18:35
  •     
  • İdman |
  •  Oxunma: 89

Qarabağ”ın oyunlarının vaxtı dəyişdi Dünən Avropanın bir sıra ölkələri qış saatına keçib.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizdə isə yay və qış saatlarına keçid yoxdur. Bu səbəbdən də Avropa arenalarında baş tutacaq oyunların başlama saatında dəyişiklik yaranıb. Çempionlar Liqası və Avropa Liqasının matçları artıq 20:55 və 23:00-da deyil, 21:55 və 00:00-da start götürəcək. Bu, Avropada yay saatına keçidə kimi davam edəcək.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” ilə mübarizə aparır. Təmsilçimizin 3 turdan sonra xalı yoxdur. Ağdam təmsilçisi son turda səfərdə “Vorskla” və “Arsenal”la, evdə isə “Sportinq”lə qarşılaşacaq.

Paylaş:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI