PARADOKS

AKTUAL

“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək

8-09-2018, 13:02
  •     
  • İdman |
  •  Oxunma: 134

“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib.

Report xəbər verir ki, Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Qeyd edək ki, UEFA daha əvvəl “Qarabağ”ın Bakıdakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəyini açıqlamışdı. Son ölkə çempionu ilk ev matçında oktyabrın 4-ü “Arsenal”ı qəbul edəcək.

2019-cu il Avropa Liqasının finalı da mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI