PARADOKS

AKTUAL

BATE-nin müdafiəçisi: “Qarabağ” bizə oynamaq imkanı verirdi” – Müsahibə

8-08-2018, 13:44
  •     
  • İdman |
  •  Oxunma: 20

BATE-nin müdafiəçisi: “Qarabağ” bizə oynamaq imkanı verirdi” – Müsahibə BATE-nin futbolçusu Yeqor Filipenko Bakıda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra brifinq keçirib.

“Report” xəbər verir ki, 30 yaşlı müdafiəçi öncə qarşılaşmanı dəyərləndirib…

– Oyun çox çətin alındı. İlk yarıda yaxşı təsir bağışladıq. Fikrimcə, rəqibi üstələdik, topa daha çox sahib olmaq imkanı vermədik. Perspektiv əks-hücumlara atıldıq. Yenə qol vura bilərdik.

– Bəs fasilədən sonra nə baş verdi?

– Bu, bizim pis cəhətimizdir. Araşdırıb səbəbini anlamağa çalışacağıq. Hesab edirəm ki, burada psixoloji amilin rolu var. Səfərdə 1:0 öndəydik, hesabı qorumağa can atırdıq. Hərçənd, “Qarabağ” bizə oynamaq imkanı verirdi və yaradıcılıq planında daha yaxşı çalışa bilərdik.

– İkinci yarıda cərimə meydançası yaxınlığındakı uğursuz ötürmələriniz nə ilə əlaqədar idi?

– Sadəcə, biz topsuz çox qaçırdıq. Çalışırdım ki, topu saxlayım. Təəssüf ki, hərdən səhvlərə yol verirdim. Həmin vaxt komanda yoldaşlarım məni sığortalayırdı, başqa epizodlarda isə mən köməyə çatırdım. Xoşbəxtlikdən, qapıçımız da bizi xilas etdi. Son oyunlarda Denis Şerbitski tez-tez bunu edir. Əbəs yerə deyil ki, onunla “Milan” kimi klublar maraqlanır (gülür – red.) Əcnəbi skautlar BATE-nin matçlarına tez-tez gəlsələr, Denis tezliklə komandanı tərk edəcək.

– Səfər qələbəsi mərhələ şanslarınıza necə təsir etdi?

– Aydın məsələdir ki, hələ heç nə həll olunmayıb. “Borisov Arena”dakı cavab görüşü ərəfəsində şanslar bərabərdir. İki oyunun yekununda qələbəni bayram etmək üçün maksimum güc sərf edəcəyik. Arxa xətdə ciddi olmalıyıq. “Qarabağ” irəli atılmalı olacaq. Bundan yararlanaraq, şanslarımızdan istifadə etməliyik.

– Zədəli futbolçularınızdan Nemanya Milunoviç artıq məşqlərə başlayıb. Onun qayıdışı müdafiə xəttinizə necə təsir edə bilər?

– Müdafiənin mərkəzində Nemanya ilə duetimiz maraqlı alınardı. Hamı deyir ki, biz onunla eyni oyun üslubuna malikik. Ümumiyyətlə, hələ meydana çıxa bilməyən bütün futbolçuları – Nemanya Milunoviç, Mixail Qordeyçuk, Nikola Vasileviç və Slobodan Simoviçin qayıdışlarını gözləyirik.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI