PARADOKS

AKTUAL

Qurban Qurbanov: “Hələ cavab oyunu var”

8-08-2018, 13:31
  •     
  • İdman |
  •  Oxunma: 69

Qurban Qurbanov: “Hələ cavab oyunu var” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov BATE ilə oyundan sonra mətbuat konfransı keçirib.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, Qurbanov oyunla bağlı bunları bildirib:

“Rəqibin fikri bizə təzyiq yaratmaq idi. Buna da nail oldular. Amma hələ cavab oyunu var. BATE gözlədiyim kimi çıxış etdi. Futbol səhvlər oyunudur. Səhvdən qol buraxdıq. Böyük ehtimalla, cavab oyununda da bu heyət meydanda olacaq.

PFL-dən xahiş edəcəyik ki, “Zirə” ilə çempionatdakı ilk oyun təxirə salınsın. Çünki komandamızın istirahətə və cavab oyununa yaxşı hazırlaşmağa ehtiyacı var.

Dani Kintananın durumu oyun öncəsi pisləşdi. Bu üzdən o, “18-lik”də yox idi. Kintana əməliyyat olunacaq.

Hücum xətti mən “Qarabağ”da olandan məni narahat edir. Amma bizdə tək mərkəz hücumçuları yox, cinah futbolçuları da hücumçu sayılır. Az olmayıb ki, cinah yarımmüdafiəçilərimiz bombardir olub”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI