PARADOKS

AKTUAL

Bu gün DÇ-2018-də keçiriləcək oyunlar – Siyahı

19-06-2018, 12:52
  •     
  • İdman |
  •  Oxunma: 183

Bu gün DÇ-2018-də keçiriləcək oyunlar – Siyahı Rusiyada keçirilən dünya çempionatında bu gün daha 6 komanda qarşılaşacaq.

Bizimyol.info xəbər verir ki, bu gün qrup mərhələsinin ilk turu başa çatacaq, eyni zamanda ikinci turun ilk görüşü keçiriləcək.

H qrupunda ilk turun oyunu Kolumbiya və Yaponiya arasında olacaq.

Qrup mərhələsində ilk turun son oyununda Polşa və Seneqal komandaları qarşılaşacaq.
Günün son oyunu isə II turun ilk qarşılaşması ilə bitəcək. Rusiya və Misir komandaları 1/8 finala vəsiqə əldə etmək uğrunda mübarizə aparacaq.

Dünya Çempionatı 2018- 19 iyun

H qrupu

16:00. Kolumbiya – Yaponiya
Hakimlər: Damir Skomina, Yure Paprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şarif (Əlcəzair)
Saranks, “Mordoviya Arena”

19:00. Polşa – Seneqal
Hakimlər: Navaf Şükrülla, Yasir Tulefat (hər ikisi Bəhreyn), Tolib əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)
Moskva, “Spartak” stadionu

A qrupu
22:00. Rusiya – Misir
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, Şəhər stadionu

Orxan Musa
Bizimyol.info


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI