PARADOKS

AKTUAL

Arda Turan hakimi itələdi, meydandan qovuldu – Video

5-05-2018, 12:03
  •     
  • İdman |
  •  Oxunma: 28

Arda Turan hakimi itələdi, meydandan qovuldu – Video Türkiyə Superliqasında 32-ci turun oyunlarına start verilib.
Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, turun açılış matçında ikinci pillədəki “Başakşəhər” öz meydanında “Sivasspor”la qarşılaşıb.

Meydan sahibləri 14-cü dəqiqədə hesabı açsa da, 38-ci dəqiqədə azlıqda qalıb. 90+2-ci dəqiqədə “Sivasspor” hesabı bərabərləşdirə bilib.

Matçın son saniyələrində isə “Başakşəhər”in futbolçusu Arda Turan bir epizodda yan xətt hakiminə sərt şəkildə etiraz edib və onu itələyib. A.Turan bu hərəkətinə görə meydandan qovulub və “Başakşəhər” oyunu 9 nəfərlə tamamlayıb.

Beləliklə, görüşdən 1 xalla ayrılan “Başakşəhər” lider “Qalatasaray”la xalını bərabərləşdirib. Turun digər oyunları 4-5-6 mayda keçiriləcək.

“Başakşəhər” – “Sivasspor” – 1:1

Qollar: Bayiç, 14 – Volkan Babacan, 90+2 (avtoqol)

Qırmızı vərəqələr: Mossor, 38, Arda Turan, 90+5 (Hər ikisi “Başakşəhər”)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI